MİT-dən uğurlu əməliyyat: Talip Gülər Türkiyəyə gətirildi
Bizi izləyin

Dünya

MİT-dən uğurlu əməliyyat: Talip Gülər Türkiyəyə gətirildi

MİT-dən uğurlu əməliyyat: Talip Gülər Türkiyəyə gətirildi

Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD-in "Türkiyə Vilayəti" adlandırılan strukturunda fəaliyyət göstərən "Abdüsselam Türki" kod adlı Talip Güləri yaxalayaraq Türkiyəyə gətirib.

Publika.az xəbər verir ki, bu barədə MİT məlumat yayıb.

Talip Gülər 2021-ci ildə Türkiyəyə gətirilən İŞİD-in qondarma "Türkiyə vilayəti" və "Faruk Ofisi"nin maliyyə məsulu olduğu iddia edilən Qasım Gülərin qardaşıdır.

Bildirilib ki, Talip Gülər 2014-cü ilin yanvarında qanunsuz yollarla Suriyaya keçərək terror təşkilatının rəhbərləri ilə əlaqəli fəaliyyət göstərib.

MİT tərəfindən uzun müddət izlənilən Gülər münaqişə bölgəsində keçirilən əməliyyat zamanı saxlanılaraq Türkiyəyə gətirilib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm