İdman
UFC Konorun zədəli olduğunu bilirmiş - Bukmekerlər milyonlar qazanıb
Keçmiş döyüşçü və “FOX Sports SFL”in aparıcısı Cey Si iddia edib ki, Konor Makqreqor və komandası turnirdən əvvəl UFC rəhbərliyinə diz zədəsi barədə məlumat verib.
Publik.az xəbər verir ki, Ceyin iddiasına görə, təşkilat döyüşü keçirməkdə israr edib.
Onun məlumatına görə, Deyn Uayt Uayt irlandiyalı idmançının səhhətindəki problemlərə baxmayaraq, döyüşü ləğv etməkdən imtina edib, çünki bu, şou üçün ciddi maliyyə nəticələrinə səbəb ola bilərdi.
“Konor və komandası bu həftənin əvvəlində Deynə diz zədəsi olduğunu bildirib. Deyn isə şounun mütləq baş tutmalı olduğunu bildirib. Geri ödəmə yoxdur”, – deyə o, sosial mediada yazıb.
O, həmçinin iddia edib ki, UFC Makqreqorun problemlərindən xəbərdar idi və buna görə də döyüşçülər arenaya girməzdən əvvəl bukmeker xətlərində nəzərəçarpacaq dəyişikliklər olub.
Onun iddiasına görə, mərclərin əksəriyyəti Makqreqorun qələbəsi üçün edilib və UFC-in mərc tərəfdaşları xeyli qazanc əldə ediblər.
Xatırladaq ki, Makqreqor UFC 329-da Maks Hollouey ilə döyüşüb. İrlandiyalı zədə səbəbindən 69-cu saniyədə döyüşdən imtina edib.
Müəllif: Tural
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI



















.jpg)









.png)




