Zelenski Krala verdiyi hədiyyədən Trampa da vermək istəyib, amma...
Bizi izləyin

Dünya

Zelenski Krala verdiyi hədiyyədən Trampa da vermək istəyib, amma...

Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı amerikalı həmkarı Donald Trampa Ukraynadakı döyüşləri izləyən iPad hədiyyə etmək istəyib.

Publika.az xəbər verir ki, lakin Tramp tədbirdə iştirak etmədiyi üçün Zelenskinin niyyəti baş tutmayıb. Bu barədə “Financial Times” jurnalisti Kristofer Miller “X”də məlumat verib.

“Düzünü desəm, bunu Münhendə Trampa vermək istəyirdim. Niyə? Çünki “iPad”də hansı hücumların baş verdiyini dərhal görmək mümkündür - dronlar, raketlər və sair”, - deyə Zelenski bildirib.

Ukrayna lideri daha sonra bu planşeti Böyük Britaniya Kralı III Çarlza təqdim edib. O, cihazın ona səmadakı hər bir hədəfi və cəbhədəki vəziyyəti izləməyə imkan verdiyini söyləyib.

Zelenski martın 17-də Londona gəlib. O, Bukinqem Sarayında III Çarlzla görüşüb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm