Dünya
İranı ABŞ-la razılaşmaya məcbur edən sirli ölkə: Son anda müdaxilə edib
ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsə razılıq verdiyini açıqladı.
O, bu qərarın Pakistanın Baş naziri Şehbaz Şərif və feldmarşal Asim Munirlə danışıqlardan sonra verildiyini bildirib.
Publika.az xəbər verir ki, prosesə son anda Çin müdaxilə edib və İranı iki həftəlik atəşkəsə razı salıb. “The New York Times” qəzetinin məlumatına görə, Çin İslam Respublikasını çeviklik göstərməyə və gərginliyi azaltmağa çağırıb.
İsrail İranla atəşkəs razılaşmasına qoşulub. ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinin sözlərinə görə, İsrail hakimiyyəti danışıqlar müddətində İslam Respublikasına qarşı bombardmanı dayandırmağa razılaşıb.
Lakin bundan sonra “Times of Israel” qəzeti təhlükəsizlik rəsmisinə istinadən İsrail Müdafiə Qüvvələrinin (İMQ) İrana zərbələr endirməyə davam etdiyini bildirib.
Müəllif: Tural
-
Region22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil22:00Cəlilabadda gənc müəllim vəfat etdi
-
Sosial21:36Anası o uşaqdan imtina etdi
-
Magazin221:12Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO
-
İdman20:48Mbappe “Real”ın məşqçilər heyəti ilə münaqişəyə girdi
-
Nida Xəbər 20:24Mehriban Əliyeva Bakıda keçirilən sərgilərdən paylaşım etdi - VİDEO
-
İKT18:48"WhatsApp" bu funksiyadan imtina edir
-
Köşə17:10“Bu zirvə Everestdən daha böyükdür” - Cəbrayılda dərs deyən müəllim

























.png)

.jpg)





