Dünya
İtaliya həbsxanalarında nə qədər rusiyalı var? - Rəsmi rəqəmlər açıqlandı
İtaliya Ədliyyə Nazirliyi ölkənin cəzaçəkmə müəssisələrində saxlanılan Rusiya vətəndaşları ilə bağlı son statistik məlumatları yayıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, martın 31-nə olan məlumata görə, İtaliya həbsxanalarında 48 kişi və 2-si qadın olmaqla 50 Rusiya vətəndaşı cəza çəkir.
Hesabatda qeyd olunur ki, onlardan 15-i barəsində hələlik son məhkəmə hökmü çıxarılmayıb və onlar qərar gözləyirlər. Ümumilikdə, rusiyalılar İtaliyadakı məbusların cəmi 0,2 faizini təşkil edir. Nazirlik onların konkret olaraq hansı cinayətlərdə ittiham olunduğunu açıqlamayıb.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bu rəqəm 55 nəfər olub. İtaliyada əcnəbi məbuslar arasında say çoxluğuna görə Mərakeş (4,5 min nəfər), Tunis, Rumıniya və Albaniya vətəndaşları ilk sıralardadır.
Hazırda İtaliyanın penitensiar sistemi ciddi yüklənmə ilə üz-üzədir. 51 min nəfərlik yer üçün nəzərdə tutulan həbsxanalarda faktiki olaraq 64 min məbus saxlanılır ki, onların da təxminən 20 mini xarici ölkə vətəndaşlarıdır.
Müəllif: Adəm
-
Dünya11:48Tramp Tehrana təslim oldu: İran, İraq və Vaşinqton küçələrində şənlik başladı
-
Köşə11:30Kəlbəcər haqqında “Elegiya” və “Ballada” - VİDEO
-
Rəsmi xronika11:27İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul etdi - FOTOLAR
-
Nida Xəbər 11:08Əli Əsədov sərəncam imzaladı
-
Yaxın Şərq11:00Trampın qərarı İsraili qəzəbləndirdi: “Ağır bədəl ödəyirik”
-
İdman10:18"Real"ın oyunundan əvvəl insident: Görün çılpaq azarkeş nə etdi - VİDEO
-
ABŞ10:06Trampdan İrana sensasion mesaj: Başlayın, çoxlu pul gələcək, yanınızda olacağıq
-
Dünya09:36Tramp "Tam qələbə" xəbərini çatdırdı











.jpg)
.jpg)



















