Dünya
Bütün tariximizdə belə diplomatik fəlakət olmamışdı: Netanyahuya qarşı etiraz başladı
İranla əldə olunan atəşkəs razılaşması ilə bağlı açıqlama verən İsrail müxalifətinin lideri Yair Lapid, İsrail Baş naziri Benyamin Netanyahunu tənqid edib.
Publika.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.
Lapidin sözlərinə görə, Netanyahu müharibədə qarşısına qoyduğu heç bir məqsədə nail ola bilməyib:
“Bütün tariximizdə heç vaxt belə bir diplomatik fəlakət olmayıb. Milli təhlükəsizliyimizin əsas məsələləri ilə bağlı qərarlar qəbul ediləndə belə İsrail danışıqlar masasında deyildi. Netanyahu diplomatik, strateji cəhətdən uğursuz olub və özünün qarşıya qoyduğu heç bir məqsədə çatmayıb. Netanyahunun təkəbbürü, səhlənkarlığı və strateji planlaşdırmasının olmaması səbəbindən vurduğu diplomatik və strateji ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq”.
Müəllif: Roza
-
Dünya13:46ABŞ heç bir məqsədinə nail olmadı - Metyu Brayza
-
Rəsmi xronika12:59İlham Əliyev fərman imzaladı
-
Sosial12:47Metroda yeni tunelin inşası zamanı avtobuslar pulsuz olacaq? - AÇIQLAMA
-
Dünya12:09Rusiya İzmailə hücum etdi: Limanda Azərbaycan gəmiləri də var - VİDEO
-
Dünya11:48Tramp Tehrana təslim oldu: İran, İraq və Vaşinqton küçələrində şənlik başladı
-
Köşə11:30Kəlbəcər haqqında “Elegiya” və “Ballada” - VİDEO
-
Rəsmi xronika11:27İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul etdi - FOTOLAR
-
Nida Xəbər 11:08Əli Əsədov sərəncam imzaladı




































