Dünya
Tramp Tehrana təslim oldu: İran, İraq və Vaşinqton küçələrində şənlik başladı
İran və İraqın onlarla şəhərində minlərlə insan bayraq və plakatlarla küçələrə axışıb. Sakinlər ABŞ ilə münaqişənin başa çatmasını və əldə olunan atəşkəsi böyük qələbə kimi qeyd edirlər.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Tehranın təkliflərini demək olar ki, heç bir şərt qoymadan qəbul etdiyi bildirilir.
Bayram atmosferi təkcə Yaxın Şərqdə deyil, Vaşinqtonda da hiss olunur. Ağ Evin qarşısına toplaşan sülh tərəfdarları müharibə təhlükəsinin sovuşmasını və tarixi razılaşmanı sevinclə qarşılayıblar.
İran Təhlükəsizlik Şurası rəsmi olaraq bəyan edib ki, ölkə Vaşinqtonla dialoqda bütün hədəflərinə çatıb. Tehranın məlumatına görə, ABŞ İranın daxili işlərinə qarışmayacağına və uranın zənginləşdirilməsinə qoyulan məhdudiyyətlərdən imtina edəcəyinə zəmanət verib.
Donald Tramp isə öz növbəsində tərəflərin gərginliyə səbəb olan bütün mübahisəli məsələləri demək olar ki, həll etdiyini vurğulayıb.
İranın xarici işlər naziri Abbas Araqçı strateji əhəmiyyətli Hürmüz boğazı ilə bağlı mühüm detalı açıqlayıb. O bildirib ki, boğaz üzərində nəzarət tamamilə Tehranda qalacaq və iki həftə ərzində ərazidə hərəkət tam bərpa olunacaq.
Müəllif: Adəm
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






















.png)

.jpg)














