Dünya
Ayda suyun necə əmələ gəldiyi aşkar edildi
Ayda suyun böyük bir hadisə nəticəsində deyil, milyardlarla il ərzində tədricən toplana biləcəyi müəyyən edilib.
Publika.az xəbər verir ki, aparılan tədqiqata əsasən, suyun 3-3,5 milyard il ərzində tədricən toplandığı ehtimal olunur.
Alimlər suyun qəfildən, məsələn, böyük kometin toqquşmasından sonra əmələ gəlməsi fərziyyəsini rədd ediblər.
“Bunun əvəzinə bir neçə mənbə nəzərdən keçirilir. Bunlar, Ayın daxilindən suyu çıxara bilən qədim vulkanizm, kometalar və asteroidlər, həmçinin günəş küləyidir. Bu zaman hidrogen Ay səthi ilə qarşılıqlı təsirə girərək su əmələ gətirir. Buz isə “soyuq tələlər” adlanan yerlərdə, milyardlarla il Günəş işığı düşməyən, daimi kölgədə qalan kraterlərdə qorunur”, - məlumatda qeyd olunub.
NASA missiyalarının məlumatları vasitəsilə alimlər müəyyən ediblər ki, məhz ən qədim və ən uzun müddət kölgədə qalan kraterlər ən çox buz ehtiva edir. Məsələn, Ayın cənub qütbündə yerləşən və 3 milyard ildən çoxdur kölgədə qalan Havort krateri suyun əsas “anbarlarından” biri ola bilər.
Tədqiqatın aparıcı müəllifi Oded Aharonssonun sözlərinə görə, Ayda suyun mənşəyini anlamaq təkcə elm üçün deyil, gələcək missiyalar üçün də vacibdir. Buzu içməli su mənbəyi kimi, hətta hidrogen və oksigenə parçalamaqla yanacaq kimi istifadə etmək mümkündür.
Qeyd edək ki, tədqiqat "Nature Astronomy" jurnalında dərc edilib.
Müəllif: Roza
-
Yaxın Şərq16:33İranın Ali Rəhbəri haradadır? - Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA
-
İdman16:27PSJ-nin ulduzu "Liverpul"la oyundan əvvəl şok xəbər alıb: Qardaşı sevgilisini... - FOTOLAR
-
Sosial16:17Bakıda faciəvi şəkildə ölən zabit olub
-
Nida Xəbər 15:52Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir? - FOTO
-
Region15:42Paşinyandan yeni Konstitusiya açıqlaması: Yalnız bir seçim var
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...
-
Magazin112:46Aygün Kazımovanın qaziyə jesti rəğbətlə qarşılandı - VİDEO
-
MDB12:14Zelenski Putinlə görüşün yerini açıqladı - Nə Kiyev, nə də Moskva




































