Sosial
Minə yaxın şəxs “Maarifçi” olmaq üçün müsahibədə iştirak edəcək
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Rəqəmsal gələcək” şüarı ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub.
Publika.az xəbər verirki. bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, 2300 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə əsasən, 881 nəfər müsahibə mərhələsinə keçib. İştirakçılara nəticələr barədə məlumat SMS vasitəsilə təqdim edilib.
7 may tarixindən etibarən “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçiriləcək müsahibə mərhələsi ilə bağlı ətraflı məlumat iştirakçılara əvvəlcədən göndəriləcək.
Qeyd edilib ki, 4 ay davam edəcək “Maarifçi” proqramının əsas məqsədi tələbə və yeni məzunlara praktiki təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə şərait yaratmaq və peşəkar kompetensiyalarını gücləndirməkdir. Proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu




































