Dünya
ABŞ-İran danışıqlarının növbəti mərhələsi bu tarixdə keçiriləcək
İran və Birləşmiş Ştatlar arasındakı danışıqlar daha bir gün uzadılıb, yeni raund aprelin 12-də İslamabadda keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ nümayəndə heyətinin tələbləri və İranın öz dövlət maraqlarını qorumaqdakı israrı nəzərə alınaraq, Pakistanın hər iki nümayəndə heyəti tərəfindən qəbul edilən təklifi ilə danışıqların yeni raundu bazar günü baş tutacaq.
İran hökuməti isə öz növbəsində bəyan edib ki, tərəflər arasında fikir ayrılıqlarının qalmasına baxmayaraq, Tehran və Vaşinqton arasındakı danışıqlar davam etdiriləcək.
Yaxın Şərqdə nizamlanma ilə bağlı İran və ABŞ arasındakı danışıqlar aprelin 11-də İslamabadda, Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə keçirilib. Tərəflər üç raund danışıqlar aparıblar.
Görüşdə İslam Respublikasını XİN rəhbəri Abbas Araqçı və parlament sədri Məhəmməd-Baqer Qalibaf təmsil edib. 71 nəfərdən ibarət Amerika nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Heyətə həmçinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Amerika liderinin kürəkəni Cared Kuşner, Milli Təhlükəsizlik Şurasının üzvü Endi Beyker və Asiya ölkələri üzrə müşavir Maykl Vens daxil olub.
Hüsyen İbadlı
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
























.png)


.jpg)



