Dünya
Orban məğlubiyyətini etiraf etdi
Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib.
Publika.az xəbər verir ki, Orban öz müraciətində səsvermənin yekunlarına görə hakim siyasi qüvvənin məğlub olduğunu söyləyib.
Qeyd edək ki, səslərin 53,45%-nin işlənməsindən sonra "Tisa" Macarıstandakı parlament seçkilərində liderlik edir - parlamentdəki 199 yerdən 136-nı qazanır.
Orban səslərin sayılmasının başa çatmasını gözləmədən müxalif "Tisa" partiyasının lideri Peter Madyarı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. Madyar bu barədə öz “Facebook” səhifəsində yazıb: “Baş nazir Viktor Orban zəng edib bizi qələbəmiz münasibətilə təbrik etdi”.
Qeyd edək ki, ilkin nəticələrə görə, "Tisa"nı "Fides" – "Xristian-Demokratik Xalq Partiyası" alyansı təqib edir - 56 yerin sahibidir, ifrat sağçı "Bizim Vətən"in isə 7 yeri var.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
























.png)


.jpg)



