Dünya
"Mossad"ın yeni rəhbəri kimdir?
İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Hofman "Mossad" kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının yaydığı məlumata görə, Hofmanın namizədliyi yüksək vəzifələrə təyinatlar üzrə məsləhət komitəsi tərəfindən təsdiqlənib.
Hofmanın vəzifəyə nə zaman başlayacağı da məlumdur. O, hazırkı direktor David Barneanın səlahiyyət müddəti bitdikdən sonra, 2 iyun 2026-cı ildə rəsmi olaraq vəzifəyə başlayacaq.
R.Hofman kimdir?
O, 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb. 1995-ci ildə tank qoşunlarında xidmətə başlayıb. Daha sonra zabit kurslarını bitirib və müxtəlif hərbi bölmələrə, o cümlədən diviziyaya rəhbərlik edib.
7 oktyabr 2023-cü ildə, vəzifədə olmamasına baxmayaraq, könüllü olaraq Sderot şəhərinə gedərək HƏMAS ilə toqquşmalarda iştirak edib. Bu zaman ağır yaralanıb. Onun bir neçə fələstinli döyüşçünü zərərsizləşdirdiyi məlum olub.
2022-ci ildə Quru Qoşunlarının Milli Təlim Mərkəzinin rəhbəri, 2024-cü ilin mayında isə Netanyahunun hərbi katibi vəzifəsində çalışıb.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
























.png)


.jpg)



