Dünya
Heqset İrana xəbərdarlıq etdi: Yanlış seçim etsəniz, yenə vuracağıq
"Biz əvvəlkindən daha güclü şəkildə yenidən silahlanırıq və prezidentimizin bir əmri ilə müharibəyə getməyə hazırıq".
Publika.az “BBC”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonda keçirilən mətbuat konfransında deyib.
O, İranın artıq seçim etməli olduğunu iddia edib:
“İran, siz açıq şəkildə Hörmüz boğazına nəzarət etdiyinizi deyirsiniz, amma əslində güclü donanmanız yoxdur və dənizdə vəziyyəti izləmək imkanınız da zəifdir. Buna görə də heç nəyə tam nəzarət edə bilməzsiniz. Danışıqlar aparanların dediyi kimi, İran iki yol arasından seçim edə bilər: ya daha yaxşı və firavan gələcək, ya da biz buna “qızıl körpü” deyirik. Ümid edirik ki, İran xalqı üçün düzgün seçim edəcəklər. İran kommersiya gəmilərinə raket və dron atmaqla hədələyir, amma bu, nəzarət deyil. Bu, piratçılıqdır, terrorizmdir".
Heqset düzgün seçim etmədiyi təqdirdə İrana yenidən hücumlarla bağlı xəbərdarlıq edib:
“Hələlik biz bu blokadanı davam etdirəcəyik və o uğurlu olacaq. Əgər İran yanlış seçim etsə, onda blokada qalacaq və üstəlik onların infrastrukturu, enerji və elektrik sistemləri də hədəf alına bilər”.
Pit Heqset son olaraq, İranı öz xoşu ilə nüvə proqramından imtina etməyə çağırıb.
Müəllif: Roza
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi
-
Region18:12Sahibə Qafarova və Alen Simonyan arasında qısa söhbət oldu
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR


































