Yoxa çıxan helikopter tapıldı - Göyərtədə olan hər kəs...
Bizi izləyin

Dünya

Yoxa çıxan helikopter tapıldı - Göyərtədə olan hər kəs...

Yoxa çıxan helikopter tapıldı - Göyərtədə olan hər kəs...

İndoneziyanın Qərbi Kalimantan əyalətinin Sekadau dairəsində radarlardan itmiş "Airbus H130" helikopteri qəzaya uğrayıb. Göyərtədə olanların hamısı həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

İndoneziya Milli Axtarış-Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafiinin sözlərinə görə, helikopterin qəzaya uğradığı yer sıldırım təpəliklərdən ibarət sıx meşəlik zonadır. O əlavə edib ki, göyərtədə altı sərnişin və iki heyət üzvü olub.

Yerli "Matthew Air Nusantara" aviaşirkətinə məxsus helikopter aprelin 16-da günorta saatlarında region daxilindəki məntəqələr arasında reys həyata keçirirmiş. Havaya qalxdıqdan bir müddət sonra hava gəmisi ilə əlaqə kəsilib.

İndoneziya hakimiyyəti itkin düşmə ehtimalı olan rayona 20-yə yaxın xilasedici göndərib. Əməliyyata ölkənin hərbi hava qüvvələrinin helikopteri də cəlb olunub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm