100 ildən sonra Ağa gəldi: Bu bölgədə rəhbərlik türklərə keçdi
Bizi izləyin

Dünya

100 ildən sonra Ağa gəldi: Bu bölgədə rəhbərlik türklərə keçdi

100 ildən sonra Ağa gəldi: Bu bölgədə rəhbərlik türklərə keçdi

İraq Türkmən Cəbhəsinin (İTM) rəhbəri Məhəmməd Seman Ağa İraqın Kərkük vilayətinin valisi seçilib.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, Kərkük Vilayət Şurasının iclasında keçmiş qubernator Rebvar Tahanın istefası qəbul edilib və şura üzvləri Ağanı yeni vali seçiblər.

Bununla da, Kərkük qubernatorluğu təxminən 100 ildən sonra türkmənlərə geri keçib.

Mətbuat konfransında çıxış edən Ağa bütün Kərkük xalqına ayrı-seçkilik etmədən xidmət edəcəklərini bildirib:

"Biz Kərkükün xidmətçisi olmağa gəlmişik. Kərkük illərdir hər cür çətinliklərdən və terror hadisələrindən əziyyət çəkir. Yeni administrasiya sayəsində Kərkükü daha parlaq, sabit və daha yaxşı günlər gözləyir”.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm