“Yalan danışırlar” - Zaxarova Fransanı "hiyləgər" adlandırdı
Bizi izləyin

Dünya

“Yalan danışırlar” - Zaxarova Fransanı "hiyləgər" adlandırdı

“Yalan danışırlar” - Zaxarova Fransanı "hiyləgər" adlandırdı

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Parisi növbəti dəfə ittiham edib.

Publika.az xəbər verir ki, qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Fransa rusiyalılara viza verilməsi prosesində ciddi dəyişikliklərin olmadığını iddia edərək hiylə işlədir.

“Fransa tərəfi “viza üçün müraciət edən Rusiya vətəndaşları üçün qaydaların əhəmiyyətli dərəcədə dəyişmədiyini” iddia edərək hiyləgərlik edir”, - deyə Zaxarova vurğulayıb.

Rusiyalı diplomat əlavə edib ki, 2022-ci ildə Avropa İttifaqı Rusiya ilə viza rejiminin sadələşdirilməsinə dair sazişin icrasını dayandırıb. Nəticədə Şengen vizasının qiyməti 35 avrodan 80 avroya qalxıb, vizadan imtina hallarının sayı artıb və turist vizaları üçün qalma müddəti qısaldılıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm