Dünya
Macarıstan avroya keçir? - Yeni hökumətin planı açıqlandı
Macarıstanın yeni hökumətinə tezliklə rəhbərlik edəcək Peter Maqyar ölkəni avrozonaya daxil etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə seçkilərdə qalib gəlmiş “Tisa” partiyasının iqtisadi müşaviri, maliyyə naziri postuna namizəd göstərilən Andras Karman RTL telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, forintdən vahid Avropa valyutasına keçid üçün tələb olunan bütün şərtləri dörd il müddətində yaratmaq realdır.
“Bundan sonra avronun tətbiqi ilə bağlı müsbət qərar qəbul oluna və əlverişli şərait yaranarsa, bu proses daha tez də baş verə bilər”, - deyə Karman bildirib.
O qeyd edib ki, dəqiq tarix ölkənin real maliyyə vəziyyəti qiymətləndirildikdən sonra açıqlanacaq.
Hazırda avro 21 Aİ ölkəsində rəsmi valyutadır. Macarıstanla yanaşı, Danimarka, Rumıniya, Polşa, Çexiya və İsveç də hələlik öz milli valyutalarını saxlayır.
Müəllif: Adəm
-
Rəsmi xronika17:22Buraxılış imtahanının nəticələri elan olundu
-
Dünya17:02İran Hörmüz boğazını açdı - Əraqçi elan etdi
-
Hadisə15:42NASA alimləri və generallar bir-bir yoxa çıxır - Nə baş verir?
-
Sosial15:00Baş nazir yeni qərar imzaladı
-
Hadisə14:25Bakıda Xalq artistinin qardaşı qızının meyiti tapıldı - VİDEO/FOTO
-
Cənubi Qafqaz13:30Avropa anti-Azərbaycan missiyasından sonra İrəvana nə göndərir? - Detallar
-
Nida Xəbər 11:05Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 10:06196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO






















.webp)














