Hadisə
Bakıda Xalq artistinin qardaşı qızının meyiti tapıldı - VİDEO/FOTO
Bakı şəhər Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyiti tapılıb.
Publika.az ARB-yə istinadən xəbər verir ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanovun qardaşı qızıdır.
Bildirilib ki, uzun müddət tənha yaşayan qadın bir həftədən çoxdur mənzildən çıxmırmış. Binadan pis qoxu gəldiyi üçün qonşular polisə müraciət ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və pəncərədən mənzilə daxil olduqda məlum olub ki, 71 yaşlı qadın hamam otağında vəfat edib.
L.Şeyxzamanovanın 10 günə yaxındır işə getmədiyini görən həmkarları 23 saylı Mənzil İstismar Sahəsi ilə əlaqə saxlayıblar. Çağırış əsasında FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində qadının meyiti mənzildən çıxarılıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, ölüm səbəbi müəyyənləşdirilir.
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
Dəb05:45Payız mövsümü üçün ən yaxşı cins modelləri - Bu rənglər trend olacaq
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR



































