Dünya
NATO-da fikir ayrılığı: Nazir alyansı “50 illik nikah”a bənzətdi
Estoniyanın müdafiə naziri Hanno Pevkur NATO daxilindəki mövcud fikir ayrılıqlarını maraqlı formada şərh edib. Nazir alyansın hazırkı vəziyyətini 50 il birlikdə yaşayan və qızıl toylarını qeyd edən cütlüyün münasibətləri ilə müqayisə edib.
Publika.az xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Trampın təşkilatdan çıxmaq hədələri fonunda yaranmış böhranı şərh edərkən "Reuters" agentliyinə bildirib.
"O, NATO-nun hazırkı problemlərini uzunmüddətli nikahla müqayisə edib", - deyə agentliyin xəbərində qeyd olunub.
Pevkur vurğulayıb ki, hətta yarıməsrlik birgə həyat belə problemsiz ola bilməz: "Hər bir nikahda fikir ayrılıqları və çətinliklər yaşanır və onları həll etmək lazımdır".
Estoniyalı nazir, həmçinin Avropanın müstəqil hərbi əməliyyatlara hələ ki hazır olmadığını da etiraf edib.
Müəllif: Adəm
-
Rəsmi xronika17:22Buraxılış imtahanının nəticələri elan olundu
-
Dünya17:02İran Hörmüz boğazını açdı - Əraqçi elan etdi
-
Hadisə15:42NASA alimləri və generallar bir-bir yoxa çıxır - Nə baş verir?
-
Sosial15:00Baş nazir yeni qərar imzaladı
-
Hadisə14:25Bakıda Xalq artistinin qardaşı qızının meyiti tapıldı - VİDEO/FOTO
-
Cənubi Qafqaz13:30Avropa anti-Azərbaycan missiyasından sonra İrəvana nə göndərir? - Detallar
-
Nida Xəbər 11:05Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 10:06196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO



















.webp)















