Dünya
Bakının mərkəzində sirli işarə: Mənası təəccübləndirir - Foto
Son günlər Bakının mərkəzi küçələrində peyda olan qeyri-adi işarə maraq doğurub.
Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, xüsusilə müxtəlif obyektlərin qarşısında görünən bu element sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
Sözügedən işarə bərbərxana simvolu, yəni beynəlxalq dildə “barber pole” adlanır.
Bir çoxları üçün sadəcə dekorativ element kimi görünən bu işarə əslində yüzilliklərə söykənən bir tarixə malikdir. Qədim dövrlərdə bərbərlər yalnız saç kəsməklə kifayətlənmirdilər. Onlar eyni zamanda kiçik cərrahi prosedurlar, diş çəkimi və hətta qanalma (hacamat) kimi tibbi xidmətlər də göstərirdilər.
Məhz buna görə də bu simvolun rəngləri təsadüfi deyil:
Qırmızı – qanı,
Ağ – sarğı bezlərini,
Mavi – damarları təmsil edir.
Adətən elektriklə işləyən bu qurğuların daxilində fırlanan silindr və xüsusi işıqlandırma sistemi olur. Bu isə uzaqdan belə diqqət çəkməyə və bərbərxananın açıq olduğunu göstərməyə kömək edir.
Qlobal miqyasda bu simvol kişi bərbərxanalarının ən tanınan nişanlarından biri hesab olunur. Paytaxt Bakıda isə son günlərdə populyarlaşmağa başlayıb.
-
MDB10:06Maskın atası Rusiyanı elə təriflədi ki...
-
Sosial09:19Gizli, yoxsa razılaşdırılmış nəzarət? - Uşaq hiss etməlidir ki...
-
Dünya07:15Əri ilə mübahisə edən qadın milyonlarla dolları pəncərədən çölə səpələdi
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı























.jpg)









