Dünya
Venesuelada 100 günlük uğur: Nəhəng şirkətlər ölkəyə axışır
Venesuela neft hasilatını sutkada 1,1 milyon barrelə çatdıraraq enerji bazarında mövqelərini bərpa edir.
Publika.az xəbər verir ki, bu barədə ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes fəaliyyətinin ilk 100 gününün yekunlarına dair hesabatında bildirib.
Rodriqes qeyd edib ki, dövlət neft şirkəti PDVSA artıq hədəflənən hasilat səviyyəsinə yüksəlib. Eyni zamanda, ölkə qaz ixracı istiqamətində ilk addımlarını atıb və yaxın vaxtlarda blokada səbəbindən aşağı düşmüş göstəriciləri tam bərpa etməyi planlaşdırır.
Onun sözlərinə görə, karbohidrogenlər və dağ-mədən sahəsində qəbul edilən yeni qanunlar ölkəyə investisiya axını üçün yeni mərhələ açıb. Hazırda yüzlərlə xarici şirkət Venesuela iqtisadiyyatına sərmayə qoymaqda, yeni texnologiyalar gətirməkdə və iş yerləri yaratmaqda maraqlıdır.
Venesuelanın beynəlxalq arenaya qayıtdığını vurğulayan siyasətçi, ölkənin Beynəlxalq Valyuta Fondundakı (BVF) təmsilçiliyinin bərpa edildiyini də xəbər verib. Bu addım ölkənin qızıl-valyuta ehtiyatlarının stabilləşdirilməsi üçün beynəlxalq resurslara çıxış imkanı yaradacaq.
Xatırladaq ki, Venesuelada siyasi mənzərə bu ilin yanvar ayında köklü şəkildə dəyişib. Yanvarın 3-də ABŞ-ın ölkədəki hərbi və mülki obyektlərə endirdiyi zərbələrdən sonra prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ABŞ-a aparılıb. Yanvarın 5-də Nyu-York federal məhkəməsi qarşısına çıxarılan Maduro narkotik ticarətində ittiham olunsa da, günahını boynuna almayıb. Hazırda dövlət başçısı vəzifəsini Delsi Rodriqes icra edir.
Müəllif: Adəm
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"




































