İmamoğludan sürpriz qərar: Onun prezident olmasını istəyir
Bizi izləyin

Dünya

İmamoğludan sürpriz qərar: Onun prezident olmasını istəyir

İmamoğludan sürpriz qərar: Onun prezident olmasını istəyir

Silivri həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun prezidentliyə namizəd seçdiyi iddia olunub.

Publika.az xəbər verir ki, jurnalist Can Özçelikin sözlərinə görə, İmamoğlu CHP rəhbərliyi ilə təmaslarında Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın namizədliyinə qarşı çıxmadığını, əksinə onu dəstəklədiyini ifadə edib.

Həmçinin, jurnalist Fatih Atik də bu iddiaları təsdiqləyib. Onun sözlərinə görə, İmamoğlu bu mövqeyini təkcə partiya daxilində deyil, digər siyasi qüvvələrin nümayəndələrinə də çatdırıb:

“İmamoğlu müxtəlif siyasi partiyalardan olan şəxslərlə görüşündə deyib ki, CHP-nin namizədi Mansur Yavaş olmalıdır. Hətta bu fikrini CHP sədri Özgür Özelə də çatdırdığını bildirib”.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm