Makronun Polşa ilə nüvə təlimi dünyanı silkələdi: Rusiya hədəfləri artırır
Bizi izləyin

Dünya

Makronun Polşa ilə nüvə təlimi dünyanı silkələdi: Rusiya hədəfləri artırır

Makronun Polşa ilə nüvə təlimi dünyanı silkələdi: Rusiya hədəfləri artırır

Paris və Varşava Polşanın nüvə çəkindirmə sisteminə cəlb olunması çərçivəsində birgə hərbi təlimlərin keçirilməsini müzakirə edir.

Publika.az "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Qdansk şəhərində keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, Fransa artıq Avropada nüvə çəkindirməsi sahəsində yeni mərhələyə keçid edir. Makronun sözlərinə görə, bu model digər Avropa ölkələrinin də daha geniş iştirakını nəzərdə tutur. Fransa lideri martın 2-də bildirmişdi ki, səkkiz ölkə Parislə bu istiqamətdə əməkdaşlıq etmək istədiyini açıqlayıb.

Aprelin 17-də Polşanın baş naziri Donald Tusk isə Fransa ilə təhlükəsizlik və Avropanın müstəqilliyi məsələlərində mövqelərinin yaxın olduğunu vurğulayıb.

Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Fransanın Avropada nüvə silahı ilə bağlı planları nəzərə alınacaq. Bildirilib ki, bu cür addımlar mümkün münaqişə halında prioritet hədəflərin siyahısını yeniləyə bilər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm