İdman
"Real" ulduzu ilə anlaşa bilmir
“Real” müdafiəçi Antonio Rüdigerə bir illik müqavilə təklif etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Lakin bu müddət almaniyalı mərkəz müdafiəçisinin planları ilə uyğun gəlmir. Rüdiger 2 illik müqavilə imzalamaqda israrlıdır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Futbolçunun “kral klubu” ilə mövcud müqaviləsi 2025/2026 mövsümünün sonunda başa çatır. O, bu mövsümdə artıq 21 oyunda iştirak edib və 1 qol vurub.
Qeyd edək ki, təcrübəli müdafiəçi 2022-ci ilin yayından “Real”da çıxış edir. Bu müddətdə o, “kral klubu”nun heyətində 177 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Futbolçu İngiltərənin “Tottenhem” klubunun diqqət mərkəzindədir. London təmsilçisi onu Kriştian Romeronun əvəzi kimi görür. Argentinalı müdafiəçi isə “mahmızlar”dan ayrılmaq istəyir. Rüdigerlə həmçinin İtaliyanın “Yuventus” klubu da maraqlanır.
Heybət
-
Region10:28Erməni vəkil xalqa müraciət etdi: "Sizə iki pis xəbərim var!"
-
ABŞ09:47Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
-
İdman09:19“Qarabağ”ın yeni transferi: Azərbaycanda güclü çempionat var - MÜSAHİBƏ
-
Ekologiya09:10Meteoroloqlardan narıncı xəbərdarlıq - Bu həftə temperatur 40 dərəcəni keçəcək
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
-
İdman08:12Almaniya dünya çempionatlarında rekord qırdı
-
Magazin206:16Neslihan 3 ildən sonra qayıdır
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO

































