Dünya
Rumıniyada siyasi böhran: Hakim koalisiya parçalanır, baş nazirə qarşı qiyam başladı
Rumıniyada hakim koalisiyanın əsas tərəfdaşlarından biri olan Rumıniya Sosial Demokrat Partiyası baş nazir İlie Bolojana qarşı siyasi dəstəyini geri çəkmək qərarı verib.
Publika.az xəbər verir ki, partiya daxilində keçirilən səsvermədə sosial-demokratlar böyük üstünlüklə bu addımı dəstəkləyiblər.
Partiyanın lideri Sorin Qrindeanu baş naziri sərt tənqid edərək bildirib ki, onun həyata keçirdiyi sərt qənaət siyasəti əhalinin sosial-iqtisadi vəziyyətini ağırlaşdırıb: “Biz artıq sosial bazamızın məhv edilməsinə göz yuma bilmərik”, - deyə o vurğulayıb.
Baş nazir isə istefa vermək niyyətində olmadığını açıqlayıb və sosial-demokratları məsuliyyətdən qaçmaqda ittiham edib.
“Baş verənlər ölkənin maliyyə sabitliyinə zərbə vurur və dövlətin idarəçiliyini iflic edir”, - deyə Bolojan qeyd edib. O, koalisiya tərəfdaşlarını Yaxın Şərqdə müharibənin qızışdığı və Avropa iqtisadiyyatının durğunluq içində qaldığı bir vaxtda dövləti qeyri-sabitləşdirməkdə günahlandırıb.
Bildirilir ki, yaxın günlərdə parlamentdə Bolojana qarşı etimadsızlıq səsverməsi keçiriləcək. Sosial-demokratlar isə hökumətdəki altı nazirini geri çağırmaqla hədələyir.
Son sorğular sağçı Rumıniyanın Birləşməsi Alyansı partiyasının reytinqinin artdığını göstərir. Partiyanın lideri Corc Simion artıq növbədənkənar seçkilərin keçirilməsinə çağırış edib.
Xatırladaq ki, Rumıniyada siyasi gərginlik 2024-cü ildə prezident seçkilərinin nəticələrinin xarici müdaxilə şübhələri səbəbindən ləğv edilməsindən sonra daha da artıb. 2025-ci ilin əvvəlində sosial-demokratlar və liberalların yaratdığı koalisiya isə əvvəldən qeyri-sabit hesab olunurdu.
Müəllif: Adəm
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
-
Dünya09:30Tramp atəşkəsi uzatdı: İngiltərədə belə ələ saldılar
-
Sosial09:12Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
-
Magazin208:00Sezon finalının tarixi açıqlandı
-
Səhiyyə07:30Bu amil ürək tutması riskini ikiqat artırır
-
Region06:46Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi - FOTO




































