İdman
“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
AFFA və “Neftçi” arasında son günlərdə yaranan gərginlikdən xəbərdarsınız. Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilmiş “Zirə” ilə oyunda (1:1) yaşananlar nəinki “ağ-qaralar”ın, ölkənin gündəmini zəbt edib.
Paytaxt klubunun rəsmi şəxslərinin federasiyaya yollanaraq açıq şəkildə etiraz etməsi və Hakimlər Komitəsinin "Zirə"nin qolunun oyundakənar vəziyyətdən vurulmasını etiraf etməsi fonunda baş verən hadisələr klubun olduqca sərt bəyanat yayması ilə başa çatdı. Əslində, başa çatmayıbmış...
“Neftçi”nin sərt mövqeyi AFFA-nı qorxuya salıb. Klubun görüşlə bağlı məlumat yayması və federasiyadan hesabat tələb edirək mövqe qoyması qurumun rəhbərliyini əl-ayağa salıb. “Neftçi”nin mövqeyi və ədalət axtarma üslubu, bir müddət əvvəl elə “Zirə” ilə oyunda haqsızlığa uğrayan “Turan-Tovuz”un rəhbəri Ehtiram Quliyevdən fərqli olaraq klub rəsmilərinin daha təmkinli davranmları futbol ictimaiyyətində müsbət qarşılanıb və böyük dəstək alıb. Bu sərt mövqe hakim qərarlarından narazı olan bəzi Premyer Liqa iştirakçılarının da ürəyindən olub.
Bu məsələ AFFA-da qorxu yaradıb. Federasiyada düşünülür ki, “Neftçi”nin mövqeyi digər klublara ilham mənbəyi ola bilər. Bununla bağlı “ağ-qaralar”a rəsmi və qeyri-rəsmi formada etiraz edilməyib. Lakin AFFA əlaqələr hesabına və müxtəlif vasitələrlə “Neftçi”yə etiraz edilməsini tapşırıb. Bununla bağlı tezislər artıq AFFA-ya yaxın olan media qurumlarına ötürülüb və "Neftçi"nin tənqid edilməsi tövsiyə olunub.
“Neftçi”nin mövsüm ərzində hakim səhvlərindən xal itirməsi komandanın turnir cədvəlindəki mövqeyinə ciddi zərər vurub. “Zirə” ilə oyundakı haqsızlıq isə Avropa arenasına qayıtmaq istəyən “ağ-qaralar”ın qarşısını kəsə bilər.
Sona 5 tur qalmış (“Neftçi”nin təxirə salınmış oyunla 6 matçı qalıb) AFFA hakimlərə “Neftçi” ilə oyunlarda diqqətli olmağı tapşırıb. Çünki növbəti səhv quruma baha başa gələ bilər. Buna görə də federasiya vəziyyəti diqqətlə izləyir. Buna səbəb isə “ağ-qaralar”ın sərt mövqeyi və bu addımın digər klubları motivasiya etməsidir. Bundan sonra meydan və VAR hakimlərinin daha diqqətli olacağı gözlənilir. Lakin onların belə bir təzyiq altında necə davranacağı maraq doğurur. Hakimlər səhv etməyə davam etsə, federasiya onları cəzalandırmaqla vəziyyəti sakitləşdirməyə çalışsa, son oyunları idarə etməyə "ədalət təmsilçisi" tapılmayacaq.
Heybət
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
-
Dünya09:30Tramp atəşkəsi uzatdı: İngiltərədə belə ələ saldılar
-
Sosial09:12Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
-
Magazin208:00Sezon finalının tarixi açıqlandı
-
Səhiyyə07:30Bu amil ürək tutması riskini ikiqat artırır
-
Region06:46Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi - FOTO





































