Dünya
"Drujba" açıldı: Rusiya nefti yenidən Avropaya axır
Rusiyadan "Drujba" neft kəməri vasitəsilə Macarıstana neft tədarükü təxminən üç aylıq fasilədən sonra aprelin 23-də bərpa olunub.
Publika.az xəbər verir ki, bu barədə Macarıstanın neft-qaz şirkəti "MOL Group" məlumat yayıb.
Bundan əvvəl Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova Ukrayna ərazisindən keçən marşrut üzrə Rusiyadan ilk neft partiyalarının qəbul edildiyini təsdiqləmişdi. Kiyev rəsmiləri isə kəmərdə təmir işlərinin aprelin 22-də başa çatdığını açıqlayıblar.
Qeyd edək ki, “Drujba”nın cənub hissəsi ilə nəql edilən neft tədarükü yanvarın 27-dən dayandırılıb. Ukrayna tərəfi buna səbəb kimi kəmərin atəşə məruz qalması nəticəsində zədələnməsini göstərib, təmir müddəti isə bir neçə dəfə uzadılıb.
Gecikmələr Macarıstanın keçmiş baş naziri Viktor Orban ilə Avropa İttifaqı arasında gərginliyi artırıb. Orban Ukraynaya dəstək çərçivəsində bir sıra təşəbbüsləri, o cümlədən 90 milyard avroluq kredit paketini bloklayıb. Daha sonra onun partiyasının seçkilərdə ağır məğlubiyyətindən sonra Kiyev qısa müddətdə tədarüklərin bərpa olunacağını vəd edib.
Müəllif: Adəm
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər

















.jpg)
















