Tramp açıqladı: Cinpinlə İran və Tayvan məsələsində razılaşdım
Bizi izləyin

Dünya

Tramp açıqladı: Cinpinlə İran və Tayvan məsələsində razılaşdım

Tramp açıqladı: Cinpinlə İran və Tayvan məsələsində razılaşdım

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə Tayvan və İran məsələsində anlaşma əldə etdiyini bildirib.

Publika.az xəbər verir ki, Amerika liderinin sözlərinə görə, danışıqlar zamanı tərəflər Tayvan ətrafındakı vəziyyəti, eləcə də İran və neft tədarükü məsələsini ətraflı müzakirə ediblər.

Tramp deyib: "Biz Tayvan, İran haqqında çox danışdıq və düşünürəm ki, hər iki mövzuda çox yaxşı anlaşmamız var".

ABŞ prezidenti Çin lideri ilə ayrıca olaraq Amerikanın Taypeyə silah satışı ehtimalını müzakirə etdiyini bildirib. O, həmçinin Tayvanla bağlı fikir ayrılıqlarının tammiqyaslı münaqişəyə səbəb olmayacağını da deyib.

Si Cinpin əvvəllər Tayvan məsələsini Pekin və Vaşinqton arasındakı münasibətlərdə əsas məsələ adlandırmış və ABŞ-ın səhv yanaşmasının ikitərəfli münasibətləri "son dərəcə təhlükəli vəziyyətə" sala biləcəyi barədə xəbərdarlıq etmişdi.

Ağ Ev rəhbəri Pekinə üç günlük səfərini başa vurub və Çin tərəfi ilə danışıqların iki ölkə arasında etimadı gücləndirməyə kömək edəcəyini bildirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm