Maraqlı rekord: Dünyanın ən böyük pazlı hazırlandı - FOTO
Bizi izləyin

Dünya

Maraqlı rekord: Dünyanın ən böyük pazlı hazırlandı - FOTO

Maraqlı rekord: Dünyanın ən böyük pazlı hazırlandı - FOTO

ABŞ-ın Kolorado ştatında yaşayan Lou Salas adlı şəxs dünyanın ən böyük pazlını yığaraq rekorda imza atıb.

Publika.az xəbər verir ki, bu barədə KRDO telekanalı məlumat yayıb.

Bildirilib ki, nəhəng pazlın yığılması 4 il davam edib. Salas bu müddət ərzində ümumilikdə 800 saatdan çox vaxt sərf edib.

Məlumata görə, pazl 60 ayrı qutudan ibarət olub və hər qutuda 1000 detal yerləşib. Nəticədə ümumi hissələrin sayı 60 minə çatıb. Həmin pazl Yer kürəsinin qitələrini və yüzlərlə dünya möcüzəsini əks etdirir.

Qeyd edilib ki, rekordçunun bu prosesdə ən böyük köməkçilərindən biri hazırda 12 yaşı olan nəvəsi olub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm