İdman
Bu federasiya FIFA-ya etiraz edir: Trampa verilən mükafat ləğv edilməlidir
Norveç Futbol Federasiyasının rəhbəri Lise Klaveness 2025-ci ildən FIFA tərəfindən təsis olunan Sülh Mükafatını tənqid edib.
Publika.az xəbər verir ki, funksioner bu barədə "Reuters"ə açıqlama verib.
“Biz istəyirik ki, bu mükafat ləğv olunsun. Hesab etmirik ki, belə bir mükafatı təqdim etmək FIFA-nın mandatına daxildir. Düşünürük ki, bu işi artıq müstəqil şəkildə həyata keçirən Nobel İnstitutu mövcuddur.
Futbol federasiyaları, konfederasiyalar və həmçinin FIFA üçün dövlət liderlərindən məsafənin şübhə altına düşə biləcəyi vəziyyətlərdən qaçmaq vacibdir. Belə mükafatlar adətən yetərli mexanizmlər və təcrübə olmadıqda çox siyasiləşmiş olur.
Bu, tam ştatlı və çox həssas bir işdir. Hesab edirəm ki, resurslar, mandat və ən əsası idarəetmə baxımından bundan gələcəkdə də qaçmaq lazımdır”, - deyə Klaveness bildirib.
Norveç federasiyası həmçinin "FairSquare" təşkilatının mükafatın təqdim olunma prosesinin araşdırılması təşəbbüsünü dəstəkləyib:
“Belə məsələlərdə mütləq əks-tarazlıq mexanizmləri olmalıdır. "FairSquare" tərəfindən edilən bu şikayət şəffaf müddətlər çərçivəsində araşdırılmalı, əsaslandırmalar və nəticələr açıq şəkildə təqdim olunmalıdır”.
Qeyd edək ki, bu Sülh Mükafatı 5 noyabr tarixində elan olunub və dünya üzrə insanları sülh naminə birləşdirən şəxsləri mükafatlandırmaq məqsədi daşıyır. Mükafat sülhə nail olmaq və insanları bir araya gətirmək üçün xüsusi addımlar atan şəxslərə təqdim olunur.
Canni İnfantino bu mükafatı 2026-cı il dünya çempionatının püşkatma mərasimində şəxsən Donald Trumpa təqdim edib.
Xatırladaq ki, Trampa verilən tunc mükafat Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələr və arzular” adlı məşhur əsərinin miniatür variantıdır. Səlhab Məmmədov AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır.
Heybət
-
Sağlamlıq13:35Həkimdən gecələr telefona baxanlara xəbərdarlıq
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:5318 milyonluq alma yoxa çıxdı - Biznesmenden film kimi cinayət
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi






































