Dünya
Zelenski İsraili sanksiyalarla hədələdi: Taxıl qalmaqalı böyüyür
Ukrayna prezidenti Vladimir Zelenski İsraili sərt şəkildə hədələyib. O, Rusiya tərəfindən işğal olunmuş Ukrayna torpaqlarından gətirilən taxılın İsrail limanlarında boşaldılmasına görə Təl-Əvivə qarşı sanksiyalar tətbiq olunacağını bildirib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında məlumat paylaşıb.
Ukrayna liderinin sözlərinə görə, növbəti "oğurlanmış taxıl" yüklü gəmi artıq İsrail limanına çatıb və boşaldılmağa hazırlaşır. Zelenski qeyd edib ki, bu, sadəcə biznes ola bilməz: "İsrail hakimiyyəti öz limanlarına hansı yükün daxil olduğundan xəbərsiz ola bilməz. Bu, təmiz biznes deyil".
Prezident vurğulayıb ki, rəsmi Kiyev kəşfiyyat məlumatları əsasında xüsusi sanksiya paketi hazırlayır. Bu qərarlar həm taxılı daşıyanları, həm də bu qanunsuz ticarətdən qazanc əldə etmək istəyənləri əhatə edəcək. Ukrayna bu addımları Avropa tərəfdaşları ilə də koordinasiya edəcəyini açıqlayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 18:40Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
-
Region16:39Türkiyə İsrail prezidentinin Astanaya uçmasına icazə vermədi: Bu yolla getdi
-
Nida Təhlil 15:45Ermənistan elitası "dəmir yumruq"dan sonra belə dəyişib - Sabiq naziri heyrətləndirən məqam
-
Sağlamlıq14:50Kim yüz il yaşamaq istəyirsə... - Bundan hər gün yarım fincan yesin
-
ABŞ14:12Melaniya ilə bağlı zarafat Tramp ailəsini qəzəbləndirdi - O, dərhal qovulmalıdır!
-
İdman14:04Dünya çempionunun xanımı azərbaycanlı dizaynerin tədbirində hər kəsi heyran etdi - FOTOLAR
-
Rəsmi xronika14:00İlham Əliyev daha bir sərəncam imzaladı
-
Sosial13:20Sosial şəbəkələrdə bu reklamlara qarşı diqqətli olun: DİN-dən xəbərdarlıq

































.png)




