İdman
FİFA-dan inqilabi plan: Futbolda limit tətbiq olunacaq?
FİFA Şurası Vankuverdə keçirilən iclasda klublara təsir edə biləcək yeni təşəbbüsü müzakirəyə çıxarmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, söhbət dünya üzrə bütün klubların əsas komandalarında ən azı bir yerli gənc futbolçunu - U-20 və ya U-21 yaş kateqoriyasından olan oyunçunu mütləq meydana buraxması ilə bağlı mümkün tələbdən gedir.
Hazırda bu, yalnız ilkin ideya mərhələsindədir və yekun qərar qəbul olunmayıb. FİFA bu məsələ ilə bağlı bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparmağı planlaşdırır.
Qeyd olunur ki, bu tələbin tətbiqi klubların heyət siyasətinə və gənc futbolçuların inkişafına ciddi təsir göstərə bilər. Təklifin gələn il FİFA Şurasının növbəti iclasında rəsmi şəkildə müzakirəyə çıxarılması gözlənilir.
Heybət
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman10:26Arda Gülər: "Bacarmadıq, utanırıq!"
-
Region09:36Ermənistana əl boyda dolu düşdü - VİDEO
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
Magazin207:55Selenanın həyat yoldaşı yeni imici ilə gündəm oldu - Foto
-
Sosial07:15Qırğızıstanlı qadına Bakıda elə bir jest etdilər ki... - Çəkdiyi video marağa səbəb oldu













.jpg)




















