Avropada rekord istilər: Alp buzlaqları sürətlə əriyir
Bizi izləyin

Dünya

Avropada rekord istilər: Alp buzlaqları sürətlə əriyir

Avropada rekord istilər: Alp buzlaqları sürətlə əriyir

Ötən il Avropa qitəsinin, demək olar ki, hər yerində temperatur qlobal orta səviyyədən yüksək olub.

Publika.az xəbər verir ki, bu barədə Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzi (ECMWF) tərəfindən dərc edilən "Avropa İqlim Statusu 2025" hesabatında bildirilib.

Təxminən 100 alimin iştirakı ilə hazırlanan hesabatda Avropanın ən azı 95 faizində illik temperaturun orta səviyyədən yüksək olduğu bildirilib.

Vurğulanıb ki, Avropa qitəsi dünyanın ən sürətli istiləşmə bölgəsi olaraq qalır və bütün buzlaq bölgələrində xalis kütlə itkisi var.

Hesabata əsasən, İslandiya ikinci ən böyük buzlaq itkisi yaşayan bölgədir. Həmçinin bildirilib ki, Qrenlandiya buz təbəqəsi 139 milyard ton buz itirib və bu miqdar Avropa Alp dağlarındakı bütün buzlaqların ümumi həcmindən təxminən 1,5 dəfə çoxdur.

"Avropada sürətli istiləşmə qar və buz örtüyünü azaldır. Təhlükəli dərəcədə yüksək hava temperaturu, quraqlıq, istilik dalğaları və rekord dərəcədə yüksək okean temperaturu Arktikadan Aralıq dənizinə qədər uzanan bölgələrə təsir göstərir”, - hesabatda qeyd olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm