Dünya
Avropadan Rusiya ilə bağlı qərar: Müharibə bitsə belə...
Avropa İttifaqının (Aİ) baş diplomatı Kaya Kallas Rusiya ilə münasibətlərin gələcəyinə dair sərt və kəskin bəyanatla çıxış edib. O, Ukraynadakı müharibə sona çatdıqdan sonra belə, Moskva ilə əvvəlki əlaqələrin bərpasının qeyri-mümkün olduğunu vurğulayıb.
Publika.az xəbər verir ki, Kallas bu barədə Baltikyanı və Şimali Avropa ölkələrinin xarici işlər nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Kallas bildirib ki, Avropa ölkələri bu məsələdə həmrəydir: “Hamımız razıyıq ki, Moskva Ukraynadakı müharibəni dayandırsa belə, Rusiya ilə adi münasibətlərə qayıdışdan söhbət gedə bilməz”.
Diplomatın sözlərinə görə, Aİ-nin yeni strategiyası Rusiyaya qarşı daha sərt addımları nəzərdə tutur. Buraya əlavə sanksiyaların tətbiqi və keçmiş Rusiya hərbçiləri üçün Avropanın qapılarının tamamilə bağlanması kimi bəndlər daxildir.
Avropanın bu kəskin mövqeyinin əksinə olaraq, Rusiya prezidenti Vladimir Putin tam fərqli mesajlar verib. Rusiya lideri Moskvanın həm Vaşinqtonla, həm də Avropa paytaxtları ilə qarşılıqlı fəaliyyətdə maraqlı olduğunu bildirib.
Putinin fikrincə, belə bir əməkdaşlıq bütün tərəflərin xeyrinə olar. Lakin o, əsas şərtini də açıqlayıb: “Dialoq yalnız bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır”.
Putin həmçinin Qərb tərəfdaşlarını “fırıldaqçılıq” və aldatma cəhdlərindən çəkinməyə çağırıb.
Müəllif: Adəm
-
MDB17:02Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
-
Rəsmi xronika16:35İlham Əliyev Sərəncam imzaladı
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var
-
Dünya15:131700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir
-
Magazin114:16Nadir Qafarzadə: “Mən artıq getdim”
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb
















.jpg)

.png)
.jpg)













