Dünya
İsrailə Türkiyə ilə bağlı sərt xəbərdarlıq edildi: Nəticəsi çox pis olacaq
Fransız jurnalist Renaud Girard İsrailin Türkiyə ilə bağlı mümkün addımlarına sərt reaksiya verib.
Publika.az xəbər verir ki, Fransanın LCI kanalında yayımlanan proqramda çıxış edən keçmiş İsrail hərbi kəşfiyyat zabiti Rafael Yerusalmi İrandan sonra Türkiyə və Qətərin də hədəf ola biləcəyinə eyham vurub.
Bu açıqlamaya münasibət bildirən Girard “Türkiyə ilə oynamayın, nəticəsi ağır olar” deyib.
Fransız jurnalist İsrail rəhbərliyini təkəbbür və həddindən artıq güc nümayişində ittiham edərək bunun İsrail üçün pis nəticələnəcəyini bildirib:
“Burada keçmiş bir İsrail kəşfiyyat zabitinin Türkiyənin başını qoparmaqdan danışdığını görürük. Mənim Türkiyə ilə xüsusi yaxınlığım yoxdur. Amma bu, İsrail rəhbərliyinin Yaxın Şərqdəki bütün ölkələrə hücum etmək istəyi, təkəbbürü və ifratçılığıdır. Və bunun nəticəsi çox pis olacaq”.
Müəllif: Roza
-
Hadisə19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...
-
Rəsmi xronika16:21İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif etdi - SİYAHI
-
Magazin115:14Mətanət İsgəndərlidən maraqlı açıqlama: 10 gün sonra... - VİDEO
-
Rəsmi xronika14:28Bu qanun 6 aydan sonra qüvvəyə minəcək
-
MDB14:26Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
-
Sosial14:02Bu görüntülər sertifikasiya imtahanına damğa vurdu – Müəllim cütlüyünün... - VİDEO
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi


























.jpg)






