Dünya
Avropanın ən böyük ordusu qurulur - Rusiya məhv etməklə hədələdi
Almaniya kansleri Fridrix Merts həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə sərt tənqidlərlə üzləşib. Professor Qlenn Disen kanslerin siyasətini Avropa üçün təhlükəli adlandırıb.
Publika.az xəbər verir ki, professor Qlenn Disen "X" sosial şəbəkəsindəki hesabında Mertsi Avropanı Rusiya ilə böyük müharibəyə sürükləməkdə ittiham edib.
Almaniya liderinin "güclü Avropada azad və demokratik Almaniyanın müdafiəsinə qalxmaq" çağırışını şərh edən alim bildirib ki, Merts Almaniyada söz azadlığını və demokratiyanı boğur. Onun sözlərinə görə, kansler eyni zamanda Avropanın ən böyük ordusunu yaratmağa can atır.
Disen həmçinin kanslerin Yaxın Şərq siyasətinə də toxunub: “Kansler Merts Qəzzadakı soyqırımı dəstəklədi və İsrailin İranda "bizim üçün çirkli işləri gördüyünü" iddia etdi”.
Məsələ ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də rəsmi Berlinə sərt xəbərdarlıq ünvanlayıb. O qeyd edib ki, Almaniya ilə hərbi toqquşma baş verərsə, Rusiya tərəfi nəinki "tərifli alman sənayesini" məhv edəcək, hətta bütün Avropa sivilizasiyasını məhv olmaq həddinə çatdıra bilər.
Xatırladaq ki, "Politico" nəşri də son sayında Fridrix Mertsin populyarlığının sürətlə düşməsinə diqqət çəkib. Nəşrin üz qabığında siyasətçinin büstü dağılmış vəziyyətdə təsvir olunub.
Müəllif: Adəm
-
Dünya20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul20:00Dollar yenidən bahalaşdı
-
Hadisə19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...
-
Rəsmi xronika16:21İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif etdi - SİYAHI
-
Magazin115:14Mətanət İsgəndərlidən maraqlı açıqlama: 10 gün sonra... - VİDEO
-
Rəsmi xronika14:28Bu qanun 6 aydan sonra qüvvəyə minəcək
-
MDB14:26Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək


























.jpg)






