Dünya
Rusiya ordusu cəbhədə sükuta əməl etmədi - Zelenski
Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmədiyi üçün Ukrayna da uzaqmənzilli hücumlardan çəkinir. Lakin Moskva tammiqyaslı müharibəyə qayıtsa, Kiyev də eyni cavabı verəcək.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam video müraciətində deyib.
"Sevindirici haldır ki, bu günə qədər genişmiqyaslı hücumlar - raket zərbələri, hava hücumları baş verməyib. Lakin cəbhə bölgələrində, cəbhəyə yaxın ərazilərdə atışmalar, eləcə də cəbhə boyunca müxtəlif növ dron hücumları olub”, - deyə Ukrayna lideri bildirib.
Zelenski qeyd edib ki, son 24 saat ərzində və bu günə qədər artıq 150-dən çox hücum, yüzdən çox atışma və təxminən 10.000 kamikaze dron hücumu olub:
“Yəni, Rusiya ordusu cəbhədə sükuta əməl etməyib və hətta xüsusilə də cəhd göstərmir. Bütün Ukrayna bölmələrimiz güzgü kimi hərəkət edir, mövqelərimizi lazım olduğu kimi müdafiə edir”.
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

























.jpg)
.jpg)







