Dünya
Psixoloq, psixiatr və psixoterapevt - Kimə nə vaxt müraciət edək?
Bir çox insan psixoloji yardım üçün düzgün seçim edə bilmir və bu səbəbdən də müraciəti gecikdirir.
Publika.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya açıqlamasında psixoterapevt Aleksandr Kudryaşov bildirib.
Onun sözlərinə görə, üç sahə - psixiatr, psixoterapevt və psixoloq arasında əsas fərqləri bilmək düzgün müalicə üçün vacibdir:
“Psixiatr ali tibb təhsilli həkimdir və ağır psixi pozuntularla məşğul olur. Depressiya, bipolyar pozuntu, şizofreniya, güclü narahatlıq və obsesiv hallar kimi vəziyyətlərdə diaqnoz qoyur və dərman müalicəsi təyin edir.
Psixoterapevt isə çox vaxt psixiatriya təhsilli, əlavə olaraq psixoterapiya üzrə ixtisaslaşmış həkim olur. O, həm dərman yaza, həm də danışıq terapiyası və müxtəlif psixoloji metodlarla uzunmüddətli müalicə apara bilir. Stress, travmalar, münasibət problemləri və emosional pozuntular zamanı daha çox psixoterapevtə müraciət edilir.
Psixoloq həkim deyil. O, klinik diaqnoz qoymur və dərman təyin etmir. Daha çox stress, özünü anlama, ünsiyyət çətinlikləri, karyera seçimi və adaptasiya problemlərində dəstək göstərir, testlər və konsultasiyalar aparır”.
Həkimlərin tövsiyəsinə görə, yuxu pozuntusu, kəskin əhval dəyişiklikləri, obsesiv fikirlər, özünə zərər vermə və ya intihar düşüncələri varsa, ilk müraciət psixiatra olmalıdır. Gündəlik stress və daxili çətinliklərdə isə psixoloq və ya psixoterapevt kifayət edə bilər.
Müəllif: Roza
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi
-
Rəsmi xronika14:36Prezident bu quruma yeni səlahiyyət verdi
-
Rəsmi xronika13:55İlham Əliyev fərman imzaladı
-
Sosial13:36İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - FOTO
-
Nida Təhlil 13:22Cənubi Qafqazda yeni reallıq: Azərbaycan istiqaməti müəyyən edir
-
Sosial12:29Günay Əliyevaya vəzifə verildi - FOTO


































