Dünya
Əfqanıstanda qızların evlilik yaşı ləğv edilib? - "Taliban" iddialara cavab verdi
Əfqanıstanda qızların minimum evlilik yaşının ləğv edilməsi ilə bağlı yayılan xəbərlər təkzib olunub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin ali rəhbərinin sözçüsü Zabiullah Mücahid “Ariana News” portalına müsahibəsində danışıb.
O bildirib ki, Əfqanıstanın ali rəhbəri Heybətullah Axundzadə qızların öz razılığı olmadan ərə verilməsini qadağan edən fərman imzalayıb.
Zabiullah Mücahid qeyd edib ki, islam qanunlarına qarşı çıxanların tənqidləri yeni deyil və xüsusi diqqətə layiq sayılmır. Onun sözlərinə görə, yeni qanun heç kimə qeyri-məhdud hüquqlar vermir, əksinə ailədaxili mübahisələrin həllində məhkəmələrin işini asanlaşdırmaq məqsədi daşıyır.
Xatırladaq ki, “The Times” qəzeti mayın 21-də "Taliban" hakimiyyətinin qızların evlilik üçün minimum yaş həddini ləğv etdiyini yazmışdı. Hüquq müdafiəçisi Huriyə Mosadik isə iddia etmişdi ki, yeni qaydalara əsasən qızlar yetkinlik yaşına çatmadan ərə verilə bilər.
Müəllif: Adəm
-
Region14:02Ərdoğan imzaladı: Türkiyədə məşhur universitet bağlandı
-
Nida Xəbər 12:41Əli Əsədov qərar imzaladı
-
Nida Təhlil 12:35Qarabağ təcrübəsi beynəlxalq urbanizasiya üçün nümunədir
-
Dünya11:50Tramp oğlunun toyuna gedəcək? - Getsəm də tənqid olunacağam, getməsəm də
-
ABŞ11:12"Əzrayıl" məhkumun damarını tuta bilmədi, ölüm hökmü bir il təxirə salındı
-
Region10:06Putin Azərbaycana gələ bilər, Zelenski Ermənistana yox? - Paşinyandan Rusiyaya cavab
-
Magazin208:48Bred Pittin sevgilisi ilə çəkdirdiyi fotolar müzakirələrə səbəb oldu
-
Pul08:122026-cı il üçün dolların maksimum məzənnəsi AÇIQLANDI













.jpg)






















