Sosial
Kamal Abdullanın qalmaqallı fikirlərinə reaksiya: Keçmiş həyat yoldaşı...
Kamal Abdullanın qadınların əsasən evdə olub ailə və uşaqlarla məşğul olmasının cəmiyyət üçün daha faydalı olacağı barədə fikirləri günlərdir ki, müzakirə edilir. Xalq yazıçısının “qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər” açıqlaması xüsusilə sosial şəbəkələrdə və qadınlar arasında narazılıq doğurub.
Publika.az xəbər verir ki, müzakirələr zamanı diqqət çəkilən məqamlardan biri də Kamal Abdullanın öz ailə mühitidir. Qadının əsas missiyasını daha çox ev və ailə ilə əlaqələndirən bu fikirlərin müəllifinin keçmiş həyat yoldaşı isə illər boyu ictimai və elmi fəaliyyətin ön sıralarında yer alıb.
Xalq yazıçısının keçmiş həyat yoldaşı Gövhər Baxşəliyeva uzun illər deputat olub, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb. Hazırda isə AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru və İctimai Elmlər Bölməsinin sədridir. Başqa sözlə, qadınların daha çox ev və mətbəx müstəvisində qalmasını faydalı sayan Kamal Abdullanın keçmiş həyat yoldaşı ömrü boyu məhz yüksək vəzifələrdə, elmi və ictimai fəaliyyət sahəsində tanınıb.
Məsələ ilə bağlı Gövhər Baxşəliyeva ilə əlaqə saxlayaraq bu açıqlamaya münasibətini öyrənmək istədik. O Musavat.com-a açıqlamasında, “Mən jurnalistlərin suallarını cavablandırmıram”, deyə qısa cavabla kifayətlənib.(“Yeni Sabah”)
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?









.jpg)





.jpg)











.jpg)












