Bu ölkədə seçkilər böhrana səbəb oldu: Namizədlər bir-birinə hücum edir
Bizi izləyin

Dünya

Bu ölkədə seçkilər böhrana səbəb oldu: Namizədlər bir-birinə hücum edir

Bu ölkədə seçkilər böhrana səbəb oldu: Namizədlər bir-birinə hücum edir

Kolumbiyada keçirilən prezident seçkilərinin ilk turundan sonra ölkədə siyasi gərginlik artıb. Heç bir namizəd mütləq səs çoxluğunu toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalıb.

Publika.az xəbər verir ki, ölkə prezidenti Qustavo Petro sosial şəbəkədə açıqlama yayaraq ilkin nəticələrə etibar etmədiyini bildirib.

O, səs sayım sisteminə son bir həftədə bir neçə dəfə müdaxilə edildiyini, həmçinin yüz minlərlə yeni şəxsiyyət məlumatının sistemə daxil edildiyini iddia edib. Petro rəsmi və yekun sayım nəticələrini gözləyəcəyini vurğulayıb.

Seçkinin ilk turunda öndə olan ifrat sağçı namizəd Abelardo de la Espriella isə Petroya sərt cavab verib. O, prezidentin nəticələri qəbul etməməsini “xalqın iradəsinə hörmətsizlik” adlandırıb və qalib gəldiklərini iddia edib.

De la Espriella çıxışında həmçinin siyasi rəqiblərinə qarşı kəskin ifadələr işlədib və ikinci turda daha qətiyyətli mübarizə aparacağını bildirib.

Hakim sol koalisiyanın namizədi İvan Kepeda da nəticələrə şübhə ilə yanaşıb. O, bəzi səslərin sistemə daxil edilmədiyini iddia edərək şəffaf araşdırma tələb edib.

Digər namizəd Paloma Valensia isə ikinci turda De la Espriellanı dəstəkləyəcəyini açıqlayıb. O, əsas məqsədinin rəqib sol düşərgəni məğlub etmək olduğunu qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm