Dünya
Avropada az büdcə ilə səyahət: Ən ucuz 10 şəhər açıqlandı
Avropanın 50 şəhəri üzrə aparılan araşdırma əsasında turistlər üçün ən sərfəli istiqamətlər müəyyənləşib.
Publika.az xəbər verir ki, Böyük Britaniyanın "Post Office Travel Money" şirkəti tərəfindən hazırlanan “Şəhər yaşam xərcləri barometri” hesabatına əsasən, iki nəfər üçün 2 günlük səyahətin ümumi xərcləri hesablanıb.
Araşdırmada hotel, qidalanma, içkilər, şəhərdaxili nəqliyyat, hava limanı transferləri, bələdçi turları, həmçinin muzey və tarixi məkanlara giriş haqları da nəzərə alınıb.
Siyahıda ilk yeri 248 avro ilə Sarayevo (Bosniya və Herseqovina) tutur. Ardınca Buxarest (Rumıniya) 258 avro ilə ikinci, Tirana (Albaniya) isə 263 avro ilə üçüncü sırada qərarlaşıb.
Həmçinin Belqrad (265 avro), Trençin (272 avro), Riqa (278 avro), Lill (280 avro), Vilnüs (289 avro), Strasburq (319 avro) və son olaraq Podqoritsa (332 avro) şəhərləri də Avropanın ən ucuz 10 şəhəri arasında yer alıb.
Müəllif: Roza
-
Sosial16:40Qarabağda bu yol ödənişli oldu - Rəsmi
-
Rəsmi xronika14:57İlham Əliyev sərəncam imzaladı
-
Region13:30Putin Paşinyana zəng etdi
-
ABŞ12:49Tramp 2000 diplomatı qovdu - ABŞ-ın 98 ölkədə səfiri yoxdur
-
İdman12:02Gey olduğunu etiraf edən Şumaxer evləndi - Toydan FOTOLAR
-
Rəsmi xronika11:16Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Elm və təhsil10:54İyunda görünəcək nadir mənzərə: Əvvəlcə Venera ilə Yupiter yaxınlaşacaq, sonra...
-
ABŞ09:44Ağ Ev şiələrin nəzarəti altındadır - Obamaya haker hücumu



































.jpg)