Dünya
Paşinyandan Türkiyə və Azərbaycan açıqlaması: Tam hazırıq
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri tam şəkildə normallaşdırmağa hazır olduqlarını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Paşinyan vurğulayıb ki, münasibətlərin normallaşması ölkəsi üçün yeni imkanlar yaradacaq.
“Əminəm ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məqsədinə nail olacağıq. Bu isə Ermənistan üçün yeni imkanlar yaradacaq", - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, Türkiyə ilə münasibətlərin olmaması xarici əlaqələrdə balanssızlığın göstəricisidir: “Əgər bizim Türkiyə ilə münasibətlərimiz yoxdursa, bu o deməkdir ki, həmin tərəzinin bir gözü boşdur. Bu isə bəzi münasibətlərin tarazlığını itirdiyini və balansdan çıxdığını göstərir”.
O qeyd edib ki, həmin tarazlığı bərpa etmək üçün Ermənistanın təkcə Türkiyə və Azərbaycanla deyil, bütün ölkələrlə münasibətləri olmalıdır: “Bu, hansısa şəxsi istək məsələsi deyil. Bizim Türkiyə, Azərbaycan və ümumiyyətlə bütün dövlətlərlə münasibətlərimiz olmalıdır”.
Müəllif: Roza
-
Sosial16:40Qarabağda bu yol ödənişli oldu - Rəsmi
-
Rəsmi xronika14:57İlham Əliyev sərəncam imzaladı
-
Region13:30Putin Paşinyana zəng etdi
-
ABŞ12:49Tramp 2000 diplomatı qovdu - ABŞ-ın 98 ölkədə səfiri yoxdur
-
İdman12:02Gey olduğunu etiraf edən Şumaxer evləndi - Toydan FOTOLAR
-
Rəsmi xronika11:16Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Elm və təhsil10:54İyunda görünəcək nadir mənzərə: Əvvəlcə Venera ilə Yupiter yaxınlaşacaq, sonra...
-
ABŞ09:44Ağ Ev şiələrin nəzarəti altındadır - Obamaya haker hücumu





































.jpg)