Dünya
Məktəblilər yayda təmizlik işlərinə cəlb oluna bilərmi? - Hüquqşünas açıqladı
Rusiyada məktəblilərin yay tətili dövründə məktəb ərazisinin təmizlənməsi və abadlaşdırılması işlərinə cəlb edilməsi müəyyən şərtlərlə qanunidir.
Publika.az xəbər verir ki, bu barədə hüquqşünas Vyaçeslav Peçnikov “Qazeta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu cür işlər yalnız təhsil proqramında nəzərdə tutulduğu halda məcburi ola bilər. Əks halda, şagirdlərin və valideynlərin razılığı olmadan onları əmək fəaliyyətinə cəlb etmək qadağandır.
Hüquqşünas vurğulayıb ki, yeniyetmələrin sağlamlığına və inkişafına zərər vura biləcək, həmçinin təhlükəli şəraitdə görülən işlərə cəlb edilməsinə yol verilmir. Məktəblər uşaqların yaş və fiziki imkanlarını da nəzərə almalıdır.
Qeyd olunub ki, Rusiyada qanunvericiliyə əsasən, 14-15 yaşlı şagirdlər gündə maksimum 4 saat, 15-16 yaşlılar 5 saat, 16-18 yaşlılar isə 7 saat işləyə bilərlər. Hər 45 dəqiqədən bir 15 dəqiqəlik fasilə verilməsi isə məcburidir. İsti havalarda isə iş vaxtı azaldılır və şagirdlər baş geyimi ilə təmin olunmalıdır.
Müəllif: Roza
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi































