Dünya
Türklər yeni təhlükəsizlik şəbəkəsi qurur, Təl-Əviv mühasirəyə alınır - İsraildən etiraf
İsrail mətbuatı Türkiyənin son hərbi və diplomatik addımlarını gündəmə gətirib.
Publika.az xəbər verir ki, bu barədə “Ynet” nəşri təhlil yazısı dərc edib.
Təhlildə İzmir yaxınlığında keçirilən EFES-2026 hərbi təliminin təkcə hərbi tədbir deyil, həm də Ankaranın regional strategiyasını nümayiş etdirən mühüm mesaj olduğu vurğulanıb.
Nəşr yazıb ki, Türkiyə İsrailin ətrafında türk silahları, pilotsuz uçuş aparatları və hərbi təlimçilərlə dəstəklənən yeni təhlükəsizlik şəbəkəsi formalaşdırır. Məqalədə "Türklər Təl-Əvivi mühasirəyə alırlar" ifadəsinə yer verilib.
Qeyd olunub ki, Egey sahillərində keçirilən təlimdə 50 ölkənin bayraqları ilə yanaşı ilk dəfə olaraq Liviya və Suriya bayraqları da yer alıb. Liviya və Suriyanın ilk dəfə bu formatda təlimə qatılmasının Ankara ilə hərbi əlaqələrin dərinləşdiyini göstərdiyi vurğulanıb. Bildirilib ki, Türkiyə Tripolidən Dəməşqə qədər uzanan təsir dairəsi yaradır.
İsrail nəşri Türkiyənin müdafiə sənayesindəki inkişafları və diplomatik uğurlarını da xüsusi vurğulayaraq, "20 ildə bacarmadığımızı türklər etdilər" ifadəsini işlədib.
Həmçinin qeyd olunub ki, Türkiyənin NATO üzvlüyü Ankaraya əlavə legitimlik qazandırır və bu, onun regional təsir imkanlarını daha da artırır.
Müəllif: Roza
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi
-
Magazin130 İyun 22:00Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sosial30 İyun 21:51Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı






























