Dünya
Çin Putinin Qərbə göndərdiyi siqnalı açıqladı
Rusiya Prezidenti Vladimir Putinin Qərb ölkələrinə ünvanladığı son müraciət Rusiyanın cavab tədbirlərinə hazır olduğundan xəbər verir.
Publika.az xəbər verir ki, bu barədə Çinin "Military China" nəşri yazıb.
Məqalə müəllifinin bildirdiyinə görə, bu, Rusiya Federasiyasının səbrinin tükənməz olmadığı barədə bir xəbərdarlıqdır. Bununla yanaşı, nəşrdə qeyd olunur ki, Qərb geri çəkilmək niyyətində deyil, sanksiya siyahıları getdikcə uzanır və enerji, maliyyə, hərbi sənaye, gəmiçilik kimi sahələri əhatə edir.
"Hesablamalar ondan ibarət idi ki, zaman keçdikcə Rusiya onların təzyiqi altında dağılacaq. Lakin proqnozlar artıq bir neçə ildir ki, özünü doğrultmur. Ölkə uyğunlaşıb və məhz bu, Qərbin narazılığına səbəb olur. Sanksiyalar Moskvanın mövqeyini dəyişəcək qədər ağrılı deyil", - baterialda vurğulanır.
Müəllifin sözlərinə görə, Putin aydın şəkildə bildirib ki, Rusiya "təzyiqlərə cavab olaraq effektiv şəkildə uyğunlaşır və onun "qırmızı xətləri" pozulacağı təqdirdə qətiyyətlə cavab verməyə hazırdır". O, əlavə edib ki, Qərb "Rusiyaya qarşı hər hansı növbəti addımlar atmamışdan əvvəl dərindən düşünməlidir".
Hüseyn İbadlı
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
































