Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
Bizi izləyin

Dünya

Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir

Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir

ABŞ prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında baş tutan son telefon danışığında gərginlik yaşanıb.

Publika.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

İddiaya görə, Tramp Livandakı gərginliyin artmasına görə Netanyahunu sərt tənqid edib. Bildirilib ki, Tramp İsrail ordusunun Livanda həddindən artıq güc tətbiq etdiyini deyib və bu vəziyyətin regionda atəşkəs səylərini çətinləşdirdiyini qeyd edib. Hətta onun Netanyahuya “sən lənətə gəlmiş dəlisən” dediyi iddia olunub.

Məlumata görə, Tramp daha sonra İsrail baş nazirinə qarşı korrupsiya işi və siyasi vəziyyəti xatırladaraq “Hamı sənə nifrət edir. Mən olmasaydım, həbsdə olardın. Mən səni qoruyuram” ifadələrini işlədib.

Netanyahu isə İsrailin təhlükəsizlik maraqlarını əsas gətirərək, Livandakı əməliyyatların davam edəcəyini bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Netanyahu ilə məhsuldar telefon danışığı keçirdiyini və Livanla bağlı gərginliyin azaldılması istiqamətində razılaşmalar olduğunu açıqlamışdı.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm