Dünya
Üçüncü dünya müharibəsi artıq başlayıb: Səbəbkar bu ölkədir
Serbiyanın keçmiş baş nazir müavini, “Serbia Gas” şirkətinin müşahidə şurasının rəhbəri Aleksandar Vulin beynəlxalq siyasətə dair diqqətçəkən açıqlama verib.
Publika.az xəbər verir ki, Vulin “Valday” ekspert dialoqu çərçivəsində çıxış edərək üçüncü dünya müharibəsinin artıq başladığını iddia edib.
Onun sözlərinə görə, bu prosesin başlanğıcı Almaniyanın birləşməsi dövrünə təsadüf edir.
“Üçüncü dünya müharibəsi artıq başlayıb. Və bu müharibə Almaniyanın birləşməsi ilə başlayıb”, - deyə o bildirib.
Vulin əlavə edib ki, müasir Almaniya siyasətində İkinci Dünya müharibəsinin tarixi ilə bağlı baxışların dəyişməsi müşahidə olunur. Onun fikrincə, keçmiş Almaniya kansleri Villi Brandt dövrünün siyasi nəsli bu gün səsləndirilən bəzi fikirlərə yol verməzdi, çünki müharibənin fəsadlarını şəxsən yaşamışdılar.
Eyni tədbirdə Almaniyanın keçmiş dövlət şurasının rəhbəri Ehon Krenz də çıxış edərək Avropada gərginliklərin artdığını bildirib. O qeyd edib ki, Avropada sülh yalnız Rusiya ilə əməkdaşlıq şəraitində mümkündür.
Krenzin sözlərinə görə, Almaniyanın xarici işlər naziri tərəfindən “Rusiya həmişə bizim düşmənimiz olacaq” kimi yanaşmalar səsləndirilsə də, cəmiyyətdə buna alternativ fikirlər də güclənir.
Müzakirələr Avropada təhlükəsizlik arxitekturası və Rusiya-Qərb münasibətləri ətrafında yeni gərginliklərin davam etdiyini göstərir.
Adəm Abbaslı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi
-
Magazin130 İyun 22:00Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sosial30 İyun 21:51Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı
-
Sosial30 İyun 21:24Paytaxtın iki rayonunun bir sıra əraziləri qazsız qalacaq
































