Dünya
Rusiya hazırlıq görür: Şimali Koreya daha 30 min əsgər göndərir
Rusiya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Şimali Koreyadan daha 30 min əsgər və raket buraxılış sistemləri tələb edib.
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, əlavə hərbçilərin göndərilməsi ilə bağlı hazırlıqlar Ukrayna sərhədinə yaxın Voronej vilayətində davam edir.
Zelenski qeyd edib ki, Rusiya ilə Şimali Koreya arasında hərbi təcrübə və silahların ötürülməsi həm Ukrayna, həm də Asiya-Sakit Okean regionu ölkələri üçün təhlükəsizlik risklərini artırır.
Qeyd edək ki, Şimali Koreya 2024-cü ildə Rusiyanın Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı əməliyyatlarına dəstək məqsədilə təxminən 15 min əsgər göndərmişdi. Cənubi Koreya isə indiyədək Ukrayna cəbhəsində 2 minə yaxın Şimali Koreya hərbçisinin öldüyünü bildirib.
Müəllif: Roza
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO

































