Dünya
İsrail mətbuatından iddia: Netanyahu Trampın bu tələbini rədd edəcək
İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın İsrail ordusunun Suriya, Livanın cənubu və Qəzza zolağında işğal etdiyi ərazilərdən geri çəkilməsi ilə bağlı tələbini rədd edəcəyi iddia olunur.
Publika.az xəbər verir ki, İsrailin “Channel 13” televiziyasının məlumatına görə, Netanyahu kabinet iclasında ABŞ-ın bu tələbinə qəti şəkildə qarşı çıxacağını bildirib.
Vurğulanır ki, İsrail, HƏMAS tamamilə silahsızlaşdırılana və Qəzza zolağından çıxarılana qədər ordusunun “Sarı xətt” üzərində nəzarətini davam etdirmək niyyətindədir. Bununla yanaşı, Qəzzaya Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) daxil olmasına Tel-Əviv tərəfindən razılıq verilib.
Mənbələr bildiriblər ki, ISF İsrail ordusunun nəzarətində olmayan ərazilərdə və İsrail ordusu ilə tam koordinasiya şəraitində fəaliyyət göstərəcək. Qüvvələrin ölkəyə daxil olması isə İsrailin baş naziri, müdafiə naziri və xarici işlər nazirinin ayrı-ayrılıqda razılığından asılı olacaq.
Qeyd edək ki, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs razılaşması qüvvəyə minsə də, İsrailin hücumlarım və blokadası davam edir.
Müəllif: Roza
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO

































